Azərbaycanda orqanlarını bağışlayanların ümumi sayı AÇIQLANIB

Azərbaycanda orqanlarını bağışlayanların ümumi sayı 450 nəfərə çatıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən orqan donorluğu və transplantasiya sahəsində həyata keçirilən geniş ictimai məlumatlandırma tədbirləri nəticəsində son 6 ay ərzində ölkədə ölümündən sonra orqanlarını bağışlayanların sayında artım müşahidə edilir.
"Belə ki, 10 gün əvvəl verilən məlumata görə, bu göstərici 400 nəfər təşkil edirdi. Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, hazırda orqanlarını bağışlayanların ümumi sayı 450 nəfərə çatıb.
Nazirlik maarifləndirmə tədbirlərini davam etdirir və vətəndaşları bu xeyirxah qərarı qəbul etməyə çağırır",- məlumatda qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре