https://news.day.az/azerinews/1774958.html Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb - FOTO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub. Day.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb - FOTO

Azərbaycanca, 19 августа 2025 17:34 (UTC +04:00) 519
Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Day.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini 2007-ci il təvəllüdlü Tohid Ələsgərov dostları ilə qaçışdan sonra göldə əl-üzünü yuyan zaman ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb. O, boğularaq ölüb. Meyit sudan çıxarılıb.

Tohid Ələsgərovun güləşlə məşul olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb
  • Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb
  • Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb
  • Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb
  • Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb
  • Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости