https://news.day.az/azerinews/1787564.html Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış edib - FOTO Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib.

Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış edib - FOTO

Azərbaycanca, 12 октября 2025 13:46 (UTC +04:00) 431
Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış edib

Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsertdə xarici bəstəkarların klassik əsərləri ilə yanaşı, Üzeyir Hacıbəylinin "Sevgili Canan", Tofiq Quliyevin "Qaytağı", Vaqif Mustafazadənin "Mart" kompozisiyalarını da məharətlə ifa edib.

İfaçı, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyindən bəhs edərək, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr barədə tamaşaçılara məlumat verib. O, tamaşaçıların diqqətinə çatdırıb ki, Üzeyir Hacıbəyli Şərqdə ilk operanın müəllifi kimi dünya musiqi tarixində xüsusi yer tutur.

Virtuoz ifası ilə fərqlənən pianoçu müxtəlif musiqi obrazlarını dinləyicilərə təqdim edərək gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, Vüsalə Babayeva London Transport Muzeyinin xüsusi seçilmiş 10 gənc musiqiçisindən biridir.

  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış edib
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış edib
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış edib
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости