https://news.day.az/azerinews/1792669.html Göygöldə ağır qəza - 2 ölü, 2 yaralı Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində sürücü 1999-cu il təvəllüdlü E.

Göygöldə ağır qəza - 2 ölü, 2 yaralı

Azərbaycanca, 3 ноября 2025 09:13 (UTC +04:00) 373
Göygöldə ağır qəza

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü 1999-cu il təvəllüdlü E. Mamedov  və 2009-cu il təvəllüdlü İ. Alıyev hadisə yerində ölüb, 2008-ci il təvəllüdlü S. Əsgərov  və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости