Prezident İlham Əliyev: Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur

Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.

Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektorunun olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir".