https://news.day.az/azerinews/1802277.html
“Monako”nun yarımmüdafiəçisi məşq zamanı zədə alıb
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba məşq zamanı sağ dizindəki problem səbəbindən komandasının Liqa 1-də "Marsel"ə qarşı 16-cı tur matçını buraxacaq. Day.Az xəbər verir ki, sözügedən oyun bu gün keçiriləcək. "O, yaxşı formada deyildi. Dizində yüngül vətər dartılması var.
“Monako”nun yarımmüdafiəçisi məşq zamanı zədə alıb
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba məşq zamanı sağ dizindəki problem səbəbindən komandasının Liqa 1-də "Marsel"ə qarşı 16-cı tur matçını buraxacaq.
Day.Az xəbər verir ki, sözügedən oyun bu gün keçiriləcək.
"O, yaxşı formada deyildi. Dizində yüngül vətər dartılması var. Bu, ciddi problem deyil", - komandanın baş məşqçisi Sebastyen Pokonyoli klubun rəsmi saytına Poqbanın oyunu buraxma səbəbindən danışarkən bildirib.
Poqba dopinq qadağası səbəbindən 2025-ci ilin yayında azad agent statusunda "Monako"ya qoşulub. O, bu mövsüm Fransa çempionatında "Monako"da üç oyun keçirib və qol vurmayıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре