Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb: açarlar təqdim olunub - FOTO
Dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç prosesi həyata keçirilib.
Day.Az xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend -ə verilən məlumata görə, bu mərhələdə kəndə 10 ailə olmaqla ümumilikdə 44 nəfər köçürülüb.
Kəndə çatan sakinlər qarşılandıqdan sonra onlara Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları tərəfindən yeni bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Qeyd edək ki, Vəngli kəndində bərpa və yenidənqurma işləri mərhələli şəkildə aparılır, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılıb.Köç prosesinin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.
xxx
Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 10 ailənin (44 nəfər) qayıdışı təmin edilib.
Belə ki, bu mərhələdə daxil olmaqla Vəngli kəndinə ümumilikdə 137 ailə (532 nəfər) daimi qayıdışı təmin edilib.
xxx
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Day.Az xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 10 ailə (44 nəfər) qayıdışı təmin edilib.
Belə ki, Ağdərə rayonunun Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla da Vəngli kəndinə astadan ailələrin ümumi sayı 137 ailə (532 nəfər) çatdırılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре