https://news.day.az/azerinews/1806212.html Xankəndidə bayram konserti keçirilib - FOTO Dekabrın 29-da Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub.

Xankəndidə bayram konserti keçirilib - FOTO

Azərbaycanca, 29 декабря 2025 21:11 (UTC +04:00) 372
Xankəndidə bayram konserti keçirilib

Dekabrın 29-da Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a verilən məlumata görə, şəhərin Zəfər meydanında keçirilən "Qış nağılı" yarmarkası günlərində baş tutan bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.

Konsertdə tanınmış ifaçılar və musiqiçilər çıxış ediblər. Səslənən ifalar şəhər sakinlərinə və qonaqlara yüksək bayram ovqatı bəxş edib, mərkəzi meydanda coşqun ab-hava yaradıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili birlik, həmrəylik və bayram ruhu ilə qeyd etmək, eyni zamanda Xankəndi şəhərində ictimai-mədəni həyatın canlandırılmasına töhfə vermək olub.

  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
  • Xankəndidə bayram konserti keçirilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости