https://news.day.az/azerinews/1806325.html Həcc ziyarəti üçün sənəd qəbulunun başa çatacağı tarix açıqlanıb 2026-cı il Həcc Ziyarəti üçün sənəd qəbulu fevralın 15-də başa çatacaq. Day.Az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Vüsal Cahangiri bildirib ki, fevralın 15-də kvota dolsa da, dolmasa da sənəd qəbulu bitəcək.

Həcc ziyarəti üçün sənəd qəbulunun başa çatacağı tarix açıqlanıb

Azərbaycanca, 30 декабря 2025 12:09 (UTC +04:00) 301
Həcc ziyarəti üçün sənəd qəbulunun başa çatacağı tarix açıqlanıb

2026-cı il Həcc Ziyarəti üçün sənəd qəbulu fevralın 15-də başa çatacaq.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Vüsal Cahangiri bildirib ki, fevralın 15-də kvota dolsa da, dolmasa da sənəd qəbulu bitəcək.

Həcc ziyarətinə getmək üçün tələb olunan sənədlər bunlardır:
- Xarici pasport (ən azı 1 il etibarlı);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Tibbi arayış (praktiki sağlam);
- 2 ədəd fotoşəkil.

Qeyd edək ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости