https://news.day.az/azerinews/1809821.html "3 ildir Ağalıda yaşayırıq, xəstələnmirik" - VİDEO Zəngilanın Ağalı kənd sakini sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, o, izləyiciləri ilə maraqlı etirafını bölüşərək bildirib ki, kənddə üç ildir yaşadıqları müddətdə uşaqları xəstələnməyib: "3 ildir burada yaşayırıq, uşaqlarımız bu müddətdə xəstələnməyib.

"3 ildir Ağalıda yaşayırıq, xəstələnmirik" - VİDEO

Azərbaycanca, 16 января 2026 14:29 (UTC +04:00) 344
"3 ildir Ağalıda yaşayırıq, xəstələnmirik"

Zəngilanın Ağalı kənd sakini sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, o, izləyiciləri ilə maraqlı etirafını bölüşərək bildirib ki, kənddə üç ildir yaşadıqları müddətdə uşaqları xəstələnməyib:

"3 ildir burada yaşayırıq, uşaqlarımız bu müddətdə xəstələnməyib. Soyuq havada da gəzməyə çıxarmışam, qripin nə olduğunu bilmirik, viruslar yan keçir. Bakıya gedən kimi hiss edirəm ki, uşaqlar xəstələnəcək. Buradakı hava, torpaq o qədər təmizdir ki, uşaqları xəstəliklərdən qoruyur".

Sakinin bu açıqlaması sosial mediada maraqla qarşılanıb və kəndin təmiz havasının sağlamlığa faydası mövzusunda müzakirələrə səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости