https://news.day.az/azerinews/1813496.html Naxçıvanın Nazirlər Kabineti Ali Məclisə tabe olmayacaq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq. Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Naxçıvanın Nazirlər Kabineti Ali Məclisə tabe olmayacaq

Azərbaycanca, 2 февраля 2026 12:10 (UTC +04:00) 319
Naxçıvanın Nazirlər Kabineti Ali Məclisə tabe olmayacaq

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan MR-in Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.

Qanun layihəsinə əsasən, Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan MR-in Ali Məclisinə özünün fəaliyyəti barədə hesabat verəcək. Naxçıvan MR-in Nazirlər Kabineti iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Qanun layihəsi müzakirəyə çıxarılaraq ikinci səsvermədə qəbul edilib. İlk səsvermə 2025-ci il iyulun 8-də keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости