Milli Məclisin İntizam komissiyasına yeni sədr seçildi
Fevralın 2-də VII çağırış Milli Məclisin yaz sessiyasında yenidən formalaşdırılmış İntizam komissiyasının ilk iclası keçirilib.
Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
İclasa sədrlik edən komissiya üzvü Hikmət Məmmədov komissiyanın sədri vəzifəsinə deputat Eldar İbrahimovun namizədliyini irəli sürüb.
Səsvermə nəticəsində deputat Eldar İbrahimov komissiyanın sədri seçilib. Komissiya sədrinin təklifinə əsasən, Asim Mollazadə sədr müavini, Kamal Cəfərov isə komissiyanın katibi seçiliblər.
Tədbirdə çıxış edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov yenidən ona göstərilən etimada görə təşəkkürünü bildirib və komissiya üzvlərinə uğurlar arzulayıb.
İclasda komissiya üzvləri Nizami Səfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Məşhur Məmmədov və Kamaləddin Qafarov iştirak ediblər.
xxx
12:29
Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının tərkibi yenidən formalaşdırılıb.
Day.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Milli Məclisin Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılıb:
- Həmzəyev Naqif Ələşrəf oğlu,
- Hüseynova Sevinc Əmirəhməd qızı,
- Quliyev Eldar Allahyar oğlu,
- Məmmədov Soltan Teymur oğlu,
- Muradov Rövşən Şahbaz oğlu,
- Salmanova Səbinə Qədir qızı,
- Zabelin Mixail Yuryeviç.
Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:
- Cəfərov Kamal Xaqani oğlu,
- Həsənova Afət Əbil qızı,
- İbrahimqızı Məlahət İbrahim qızı,
- İbrahimov Eldar Rza oğlu,
- Qafarov Kamaləddin Nəsrəddin oğlu,
- Məhəməliyev Nəsib Məhəmməd oğlu,
- Məmmədov Hikmət Baba oğlu,
- Məmmədov Məşhur Şahbaz oğlu,
- Mollazadə Asim Nazim oğlu,
- Möhbalıyev Səttar Suliddin oğlu,
- Səfərov Nizami Abdulla oğlu.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре