https://news.day.az/azerinews/1817003.html Azərbaycandan İndoneziyaya ixrac olunan neftin həcmi məlum oldu Bu ilin yanvar ayında Azərbaycandan İndoneziyaya 17,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlarndan əldə olunmuş 38,6 min ton xam neft və neft məhsulları ixrac olunub. Day.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Azərbaycandan İndoneziyaya ixrac olunan neftin həcmi məlum oldu

Azərbaycanca, 18 февраля 2026 20:43 (UTC +04:00) 370
Azərbaycandan İndoneziyaya ixrac olunan neftin həcmi məlum oldu

Bu ilin yanvar ayında Azərbaycandan İndoneziyaya 17,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlarndan əldə olunmuş 38,6 min ton xam neft və neft məhsulları ixrac olunub.

Day.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin yanvar ayında bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsullarının İndoneziyaya tədarükü ilə bağlı məlumatlar açıqlanmamışdı.

 

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6% artıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости