https://news.day.az/azerinews/1820518.html Beynəlxalq Mülki Aviasiya Təşkilatına hesabat təqdim edilib Cari ilin 5 mart tarixində İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının "Naxçıvan" Beynəlxalq Hava Limanına, onun terminal binasına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib. Bu barədə Day.Az-а Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatına hesabat təqdim edilib

Azərbaycanca, 6 марта 2026 18:09 (UTC +04:00) 282
Beynəlxalq Mülki Aviasiya Təşkilatına hesabat təqdim edilib

Cari ilin 5 mart tarixində İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının "Naxçıvan" Beynəlxalq Hava Limanına, onun terminal binasına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib.

Bu barədə Day.Az-а Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.

 

Bildirilib ki, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, o cümlədən Konvensiyaya 17 nömrəli Əlavə - "Aviasiya təhlükəsizliyi" sənədinin beynəlxalq standartlarına uyğun olaraq, hava limanına qanunsuz müdaxilə aktı baş verdikdə üzv dövlət tərəfindən hazırlanmış ilkin hesabat Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) göndərilməlidir.

Beynəlxalq standartlardan irəli gələrək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsi "ICAO"ya müvafiq ilkin hesabat göndərib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости