https://news.day.az/azerinews/1820905.html
Rihannanın evi atəşə tutuldu - 30 yaşlı qadın şübhəlidir
Dünyaşöhrətli müğənni Rihannanın Beverli Hills məhəlləsindəki evi atəşə tutulub. Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrə istinadən "Los Angeles Times" nəşri yazıb. Belə ki, Los-Anceles polisi hadisədə 30 yaşlı qadını şübhəli bilərək saxlayıb.
Rihannanın evi atəşə tutuldu - 30 yaşlı qadın şübhəlidir
Dünyaşöhrətli müğənni Rihannanın Beverli Hills məhəlləsindəki evi atəşə tutulub.
Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrə istinadən "Los Angeles Times" nəşri yazıb.
Belə ki, Los-Anceles polisi hadisədə 30 yaşlı qadını şübhəli bilərək saxlayıb.
İstintaqın məlumatına görə, qadın avtomobildə olarkən müğənninin malikanəsinə atəş açıb. Binaya doğru təxminən on atəş açılıb.
Mənbələrin məlumatına görə, hadisə baş verən zaman Rihanna evinin içərisində olub. Atışma zamanı xəsarət alan olmayıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре