https://news.day.az/azerinews/1827250.html Cəlilabadda 17 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş  34 yaşlı Ziya Heydərzadə saxlanılıb.

Cəlilabadda 17 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO

Azərbaycanca, 11 апреля 2026 12:19 (UTC +04:00) 324
Cəlilabadda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tədbirlər zamanı əvvəllər məhkum olunmuş  34 yaşlı Ziya Heydərzadə saxlanılıb. Ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək və  metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости