https://news.day.az/azerinews/1829068.html Elektronika mağazasını talayan şəxslər SAXLANILDI Paytaxtın Yasamal rayonu ərazisində yerləşən elektronika mağazalarının birindən oğurluq edilib. Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər gecə saatlarında obyektə daxil olaraq oradan müxtəlif elektron cihazlar və pul vəsaiti oğurlayıblar.

Elektronika mağazasını talayan şəxslər SAXLANILDI

Azərbaycanca, 20 апреля 2026 14:42 (UTC +04:00) 292
Elektronika mağazasını talayan şəxslər

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən elektronika mağazalarının birindən oğurluq edilib.

Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər gecə saatlarında obyektə daxil olaraq oradan müxtəlif elektron cihazlar və pul vəsaiti oğurlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən V.Salmanov və V.Nəsirov saxlanılıblar. 

Onların mağazadan 243 manat nağd pul, 1500 manat dəyərində noutbuk və 2 ədəd mobil telefon götürərək hadisə yerindən uzaqlaşdıqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости