https://news.day.az/azerinews/1829071.html Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb - FOTO Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı araşdırmalar aparılıb.

Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb - FOTO

Azərbaycanca, 20 апреля 2026 14:52 (UTC +04:00) 287
Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı araşdırmalar aparılıb. 

Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb. 

Keçirilən digər tədbir zamanı isə Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb
  • Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb
  • Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb
  • Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb
  • Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb
  • Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости