https://news.day.az/azerinews/1829824.html Nəsimi rayonunda oğurluq edənlər saxlanılıblar Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək 3700 manat dəyərində olan mobil telefonunun naməlum şəraitdə oğurlanmasını bildirib.

Nəsimi rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanca, 23 апреля 2026 12:25 (UTC +04:00) 277
Nəsimi rayonunda oğurluq edənlər saxlanılıblar

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək 3700 manat dəyərində olan mobil telefonunun naməlum şəraitdə oğurlanmasını bildirib.

Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə  məhkum olunmuş 40 yaşlı Ş.Əbilova müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun başqa bir şəxsdən də mobil telefon oğurlaması məlum olub.

Rayon ərazisində şöbə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə mağazalardan oğurluq etməkdə şübhəli bilinən 38 yaşlı İ.Dərviş və 63 yaşlı Ə.Abdullayev də müəyyən edilərək saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости