https://news.day.az/azerinews/1831079.html Sabunçu rayonunda evdən oğurluq edən şəxs saxlanılıb Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mənzillərin birindən oğurluq edilib. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, naməlum şəxs mənzilə daxil olaraq 3250 manat nağd pulu və 6000 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Sabunçu rayonunda evdən oğurluq edən şəxs saxlanılıb

Azərbaycanca, 29 апреля 2026 10:41 (UTC +04:00) 218
Sabunçu rayonunda evdən oğurluq edən şəxs saxlanılıb

Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mənzillərin birindən oğurluq edilib. 

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs mənzilə daxil olaraq 3250 manat nağd pulu və 6000 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, 59 yaşlı Ş.Abdinov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости