https://news.day.az/azerinews/1839018.html Şuşada 30 istehlakçı və 535 abonentə xidmət göstərilir Şuşa şəhərinin su təminatı Kiçik Kirs dağında və Zarıslı olan su mənbəyindən şəhərə qədər olan D325 mm L=9.3 km polad, D225mm, L=12 km magistral su kəməri vasitəsilə edilib. Bu barədə Day.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Şuşada 30 istehlakçı və 535 abonentə xidmət göstərilir

Azərbaycanca, 3 июня 2026 14:36 (UTC +04:00) 273
Şuşada 30 istehlakçı və 535 abonentə xidmət göstərilir

Şuşa şəhərinin su təminatı Kiçik Kirs dağında və Zarıslı olan su mənbəyindən şəhərə qədər olan D325 mm L=9.3 km polad, D225mm, L=12 km magistral su kəməri vasitəsilə edilib.

Bu barədə Day.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qeyd edilib ki, şəhər ərazisində 2x400m3, 2x1000m3 su anbarları və 34.5 km su şəbəkəsi və 27.5 kmkanalizasiya şəbəkəsi istismar olunur. 1 ədəd (5000 m3/gün) sutəmizləyici qurğu yenidən qurulub.

Tullantı suları dərələrə axıdılaraq daşaltı çayına istiqamətlənir.

Şuşa şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına, və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 30 istehlakçıya və 535 abonentəxidmət göstərilir.

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Şuşa şəhərinə 368 ailə , Böyük qaladərəsi kəndinə 14 ailə köçürülüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости