https://news.day.az/azerinews/1840021.html Gənclər PUBG kimi oyunlara ayda 40-70 manat xərcləyirlər Sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin bugünkü birgə iclasında deyib.

Gənclər PUBG kimi oyunlara ayda 40-70 manat xərcləyirlər

Azərbaycanca, 8 июня 2026 11:39 (UTC +04:00) 320
Gənclər PUBG kimi oyunlara ayda 40-70 manat xərcləyirlər

Sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin bugünkü birgə iclasında deyib.

Komitə sədri bildirib ki, gənclər tərəfindən edilən impulsiv alışlar - oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri - ailə büdcəsindən xeyli vəsait aparır.

"12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir.

İnternet texnologiyaları uşaqları sadəcə sosial media vasitəsilə deyil, bir çox başqa yollarla da tələyə sala bilir. Fortnite, Roblox, PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır. Oyunlarda "loot box" - yəni, şans əsasında mükafat qutusu mexanizmi Belçika, Hollandiya kimi ölkələr tərəfindən qanunsuz qumar mexanizmi olaraq qəbul edilib".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости