“Wizz Air” İsrailə bütün uçuşları LƏĞV EDİB
Macarıstanın loukoster aviadaşıyıcısı olan "Wizz Air" İranla İsrail arasında iki aydan sonra atəşkəsin pozulması ilə əlaqədar Tel-Əviv istiqamətində bugünə və sabaha olan büün hava reyslərini ləğv edib.
Day.Az xəbər verir ki, bu barədə şirkəti rəsmi bəyanatında bildirilib.
"Sərnişinlərimizin və heyət üzvlərimizin təhlükəsizliyi bizim hava yolları şirkəti üçün bir nömrəli prioritetdir. "Wizz Air" müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə hadisələrin inkişafını yaxından monitorinq etməyə davam edir və əməliyyatları mövcud şəraitə uyğun tənzimləyəcək", -deyə bəyanatda qeyd edilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən müvəqqəti atəşkəs barədə razılığa gəliblər. İyunun səkkizinə keçən gecə İsrailə və İran arasında atəşkəs pozulub, tərəflər qarşılıqlı olaraq raket və hava zərbələri endirməyə başlayıblar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре