https://news.day.az/azerinews/1840210.html Bakıda Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçirilir - FOTO Bakıda "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı ikigünlük beynəlxalq tədbir keçirilir.

Bakıda Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçirilir - FOTO

Azərbaycanca, 9 июня 2026 09:47 (UTC +04:00) 369
Bakıda Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçirilir

Bakıda "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı ikigünlük beynəlxalq tədbir keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, sammit regional və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksəksəviyyəli platforma kimi nəzərdə tutulub.

Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası (CBATS), Azərbaycan Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.

Sammitin qlobal tərəfdaşı qismində "Visa Inc." çıxış edir.

Xəbər yenilənəcək

  • Bakıda Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçirilir
  • Bakıda Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçirilir
  • Bakıda Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçirilir
  • Bakıda Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçirilir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости