https://news.day.az/azerinews/1840251.html Onlara hər ay 600 manat ödənilir 2026-cı ilin ötən dövründə 70 uşaq övladlığa verilib.Onlardan 34-ü qız, 36-sı oğlandır. Bu barədə Day.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Onlara hər ay 600 manat ödənilir

Azərbaycanca, 9 июня 2026 11:42 (UTC +04:00) 454
Onlara hər ay 600 manat ödənilir

2026-cı ilin ötən dövründə 70 uşaq övladlığa verilib.Onlardan 34-ü qız, 36-sı oğlandır.

Bu barədə Day.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Qeyd edilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir.
Həmçinin onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости