https://news.day.az/azerinews/1842804.html Konqoda “Ebola” virusundan ölənlərin sayı 245-ə yüksəlib Konqo Demokratik Respublikasında (KDR) "Ebola" virusundan ölənlərin sayı 245-ə yüksəlib. Day.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba İturi əyalətinin Bunia şəhərində keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, indiyədək 933 yoluxma halı qeydə alınıb, onlardan 245-i ölümlə nəticələnib.

Konqoda “Ebola” virusundan ölənlərin sayı 245-ə yüksəlib

Azərbaycanca, 20 июня 2026 08:27 (UTC +04:00) 344
Konqoda “Ebola” virusundan ölənlərin sayı 245-ə yüksəlib

Konqo Demokratik Respublikasında (KDR) "Ebola" virusundan ölənlərin sayı 245-ə yüksəlib.

Day.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba İturi əyalətinin Bunia şəhərində keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, indiyədək 933 yoluxma halı qeydə alınıb, onlardan 245-i ölümlə nəticələnib.

Nazir bildirib ki, hazırda 416 xəstə xəstəxanada müalicə alır, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm göstəricisi 26 faiz təşkil edir.

Kamba qeyd edib ki, xəstəliyin yayılmasının izlənməsi və erkən aşkarlanması yaxşılaşıb, həmçinin əhalinin səhiyyə sisteminə inamı artıb. Onun sözlərinə görə, "Ebola" xəstələrinin müalicəsi üçün çarpayı sayı 516-ya çatdırılıb və müalicə mərkəzləri genişləndirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости