https://news.day.az/azerinews/1844053.html Sənədsiz evlərə çıxarış verilə bilər - Yeni konsepsiya əhalini sevindirəcək Azərbaycanda sənədsiz yaşayış evlərinin hüquqi qeydiyyatı ilə bağlı yeni konsepsiya hazırlanır. Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, hazırda sənəd hökumət səviyyəsində müzakirə olunur və üzərində işlər davam etdirilir.

Sənədsiz evlərə çıxarış verilə bilər - Yeni konsepsiya əhalini sevindirəcək

Azərbaycanca, 25 июня 2026 15:16 (UTC +04:00) 304
Sənədsiz evlərə çıxarış verilə bilər - Yeni konsepsiya əhalini sevindirəcək

Azərbaycanda sənədsiz yaşayış evlərinin hüquqi qeydiyyatı ilə bağlı yeni konsepsiya hazırlanır.

Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda sənəd hökumət səviyyəsində müzakirə olunur və üzərində işlər davam etdirilir. Planın ilkin mərhələsində 100 mindən artıq qeydiyyatsız evin sənədləşdirilməsi nəzərdə tutulur. Evlərin təsnifatı onların inşa olunduğu dövr və mövcud sənədlərin əldə edilmə tarixləri əsasında aparılacaq ki, bu da prosesin daha səmərəli və mərhələli şəkildə həyata keçirilməsinə kömək edəcək.

Deputat qeyd edib ki, konsepsiyanın qəbul edilməsi çoxsaylı ailələrin əmlak hüquqlarının rəsmiləşdirilməsinə imkan yaradacaq. Qeydiyyata alınan evlər gələcəkdə alqı-satqı, ipoteka və digər hüquqi əməliyyatlar zamanı daha rahat istifadə oluna biləcək. Onun fikrincə, sənəd təsdiqləndikdən sonra sənədsiz evlərlə bağlı uzun illərdir mövcud olan problemlərin həllində mühüm irəliləyiş gözlənilir. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости