https://news.day.az/azerinews/1846375.html Yasamal və Nizami rayonlarında işıq olmayacaq Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, iyulun 7-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq.

Yasamal və Nizami rayonlarında işıq olmayacaq

Azərbaycanca, 7 июля 2026 00:06 (UTC +04:00) 388
Yasamal və Nizami rayonlarında işıq olmayacaq

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, iyulun 7-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Hüseyn Cavid, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər Cabbarlı, Fuad İbrahimov, Sübhi Salayev, Cabbar Qaryağdıoğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Nizami Abdullayev və K. Əfkarlı küçələrinin bəzi yerlərini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости