https://news.day.az/azerinews/1850215.html
"BMW" avtoyumada yandı
Abşeronda avtoyuma məntəqəsində avtomobil yanıb. Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
"BMW" avtoyumada yandı
Abşeronda avtoyuma məntəqəsində avtomobil yanıb.
Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində "BMW" markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре