https://news.day.az/azerinews/1850879.html Nyu-Yorkda kondisionerlə yayılan xəstəlikdən ölənlərin sayı 6 nəfərə çatıb Nyu-Yorkda Legioner xəstəliyinin yayılması nəticəsində ölənlərin sayı altıya çatıb. Bu barədə Nyu-York Şəhər Səhiyyə Departamentinin rəhbəri Alister Martin məlumat verib. "Hazırda 90 yoluxma halı qeydə alınıb. Onlardan 65 nəfər xəstəxanadan evə buraxılıb, 6 nəfər vəfat edib.

Nyu-Yorkda kondisionerlə yayılan xəstəlikdən ölənlərin sayı 6 nəfərə çatıb

Azərbaycanca, 29 июля 2026 16:25 (UTC +04:00) 221
Nyu-Yorkda kondisionerlə yayılan xəstəlikdən ölənlərin sayı 6 nəfərə çatıb

Nyu-Yorkda Legioner xəstəliyinin yayılması nəticəsində ölənlərin sayı altıya çatıb.

Bu barədə Nyu-York Şəhər Səhiyyə Departamentinin rəhbəri Alister Martin məlumat verib.

"Hazırda 90 yoluxma halı qeydə alınıb. Onlardan 65 nəfər xəstəxanadan evə buraxılıb, 6 nəfər vəfat edib. Daha 6 nəfər isə xəstəxanada müalicə olunur", - deyə Martin "X" sosial şəbəkəsində yazıb.

 

Xəstəliyin ilk halları iyulun 2-də qeydə alınıb. Şəhər hakimiyyəti Manhettenin nüfuzlu Yuxarı Vest-Sayd rayonunda yerləşən 76 binanın soyutma sistemlərində canlı və ya ölü Legionella bakteriyalarının izlərini aşkarlayıb. Binaları idarə edən şirkətlərə həmin sistemlərin dezinfeksiya olunması tapşırılıb.

Legionellyoz və ya Legioner xəstəliyi - Legionella cinsinə aid bakteriyaların törətdiyi pnevmoniya növüdür. Bu bakteriyalar isti suda çoxalır. İnsanlar bakteriyalarla çirklənmiş su buxarını tənəffüs etməklə yoluxa bilərlər. Xəstəlik insandan insana keçmir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости