https://news.day.az/azerinews/1851048.html İki gün əvvəl Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapılıb Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə batan yeniyetmənin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

İki gün əvvəl Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapılıb

Azərbaycanca, 30 июля 2026 14:35 (UTC +04:00) 157
İki gün əvvəl Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapılıb

Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə batan yeniyetmənin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2026-cı il iyulun 28-də Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz ərazisində batan 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, hadisə Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 700 metr aralıda yerləşən nəzarətsiz dəniz sahəsində baş verib.

FHN-in "112" qaynar telefon xəttinə iki nəfərin batması barədə məlumat daxil olduqdan sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

Keçirilən əməliyyat nəticəsində 2009-cu il təvəllüdlü Rahil Tarıyel oğlu Ağazadə xilas edilib. Digər yeniyetmə - 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin axtarışları aparılırdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости