https://news.day.az/azerinews/1851244.html 135 nömrəli marşrut xəttində avtobuslar yenilənir Avqustun 1-dən etibarən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yenilənəcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

135 nömrəli marşrut xəttində avtobuslar yenilənir

Azərbaycanca, 31 июля 2026 11:52 (UTC +04:00) 176
135 nömrəli marşrut xəttində avtobuslar yenilənir

Avqustun 1-dən etibarən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yenilənəcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilmiş, böyüktutumlu "Iveco" markalı avtobuslarla əvəz olunacaq.

Bildirilib ki, marşrut üzrə ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,60 manat təşkil edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости