https://news.day.az/azerinews/1853746.html 6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır - FOTO "Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq. Day.Az xəbər verir ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.

6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır - FOTO

Azərbaycanca, 13 августа 2026 14:54 (UTC +04:00) 164
6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.

Day.Az xəbər verir ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, yeni ekspres marşrutlar:

M1 - metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;

M2 - metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;

M3 - metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;

M4 - metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;

M5 - metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;

M6 - metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərəcək.

Eyni zamanda, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək.

Bu gündən isə "28 May" Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.

Sərnişinlərə xidmət göstərəcək yeni ekspres avtobusların dayanacaq məntəqələri ilə videoda: https://www.youtube.com/watch?v=ErGd9-3jEUw tanış ola bilərsiniz.

  • 6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости