https://news.day.az/azerinews/1854094.html Leysan yağışlar Gürcüstanın paytaxtında torpaq sürüşməsinə səbəb olub - VİDEO Güclü yağışlar Gürcüstanın paytaxtı Tbilisidə daşqınlara və torpaq sürüşməsinə səbəb olub. Day.Az xəbər verir ki, Nadzaladevi rayonunda torpaq sürüşməsi baş verib və nəticədə yaşayış evlərindən birinin divarı zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Leysan yağışlar Gürcüstanın paytaxtında torpaq sürüşməsinə səbəb olub - VİDEO

Azərbaycanca, 15 августа 2026 12:43 (UTC +04:00) 169
Leysan yağışlar Gürcüstanın paytaxtında torpaq sürüşməsinə səbəb olub

Güclü yağışlar Gürcüstanın paytaxtı Tbilisidə daşqınlara və torpaq sürüşməsinə səbəb olub.

Day.Az xəbər verir ki, Nadzaladevi rayonunda torpaq sürüşməsi baş verib və nəticədə yaşayış evlərindən birinin divarı zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Güclü yağıntılar səbəbindən küçələri, zirzəmiləri və bir neçə metro stansiyasını su basıb. Bir sıra yollarda nəqliyyatın hərəkəti iflic olub, həmçinin vaxtaşırı elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Şəhər xidmətləri və rayon administrasiyaları gecə boyu əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması üçün fövqəladə rejimdə çalışıblar.

Məlumata görə, Çikovani küçəsində qaz kəməri zədələnib. Yaxınlıqdakı çoxmənzilli binanın sakinləri müvəqqəti olaraq təxliyə ediliblər. Daha sonra qəza aradan qaldırılıb və qazın verilişi bərpa olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости