https://news.day.az/azerinews/1855206.html Laçın şəhidi Cümşüd Məmmədov dəfn edilib - YENİLƏNİB Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Məmmədov Cümşüd Həsənxan oğlu 21 avqust 2026-cı il tarixində Laçın şəhərində dəfn olunacaq.

Laçın şəhidi Cümşüd Məmmədov dəfn edilib - YENİLƏNİB

Azərbaycanca, 21 августа 2026 12:55 (UTC +04:00) 259
Laçın şəhidi Cümşüd Məmmədov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və ekspertiza işləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən şəhid Məmmədov Cümşüd Həsənxan oğlunun nəşinin qalıqları doğma torpağına gətirilərək Laçın Şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, əvvəlcə Laçın şəhərində itkin şəhidlə vida mərasimi keçirilib. Dini xadimlərinin iştirakı ilə şəhidin ruhuna dualar oxunub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, doğmaları, Laçın Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər Vətən uğrunda canından keçən igidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu, onların qanının yerde qalmadığını və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunması sayəsində şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıblar.

Vida mərasimindən sonra şəhidin cənazəsi Laçın Şəhər Şəhidlər xiyabanına gətirilib. Cümşüd Məmmədov hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və yaylım atəşinin müşayiəti ilə hərbi ənənələrə uyğun olaraq torpağa tapşırılıb.

Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonununn Katos kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci ildə Laçın rayonunun Zabux kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Cümşüd Məmmədov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.

xxx
10:21

Birinci Qarabağ müharibəsində şəhid olan Cümşüd Məmmədovla vida mərasimi keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, 34 il itkin kimi qeydiyyatda olan Laçın rayon sakini Cümşüd Məmmədovun nəşinin qalıqları müəyyənləşdirilərək ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində salınmış 552 saylı qəsəbədə, onun həyat yoldaşının yaşadığı ünvanda təşkil olunub.

Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və digər şəxslər iştirak ediblər.

Vida mərasimindən sonra Cümşüd Məmmədovun nəşi dəfn olunmaq üçün Laçın şəhərinə yola salınıb.

Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. Ailəli olub, övladı olmayıb.

Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilərək şəxsiyyəti müəyyən edilib və ailəsinə təhvil verilib.

xxx

Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Məmmədov Cümşüd Həsənxan oğlu 21 avqust 2026-cı il tarixində Laçın şəhərində dəfn olunacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olan Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb.

Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib və şəhidin ailəsinə təhvil verilib.

Şəhid Cümşüd Məmmədovun dəfn mərasimi 21 avqust saat 13:00-da Laçın şəhəri Şəhidlər Xiyabanında keçiriləcək.

Dəfn mərasiminə qədər şəhidin doğma Laçın torpağına gətirilməsi və burada torpağa tapşırılması onun ailəsi, yaxınları və Laçın ictimaiyyəti üçün xüsusi mənəvi əhəmiyyət daşıyır.

Laçın rayonunun Katos kəndinin sakini olan Cümşüd Məmmədov 34 il sonra doğma torpaqda dəfn olunacaq. Bu, Laçın tarixinin ağrılı səhifələrindən birinin tamamlanması baxımından mühüm hadisədir.

Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və əməkdaşlar iştirak edəcəklər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости