DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Day.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
4. 8 Noyabr prospekti, Ramiz Quliyev küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;
6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре