https://news.day.az/azerinews/1857288.html Sürücü sərnişinlərə küsüb avtobusu sürmədi - VİDEO Bakıda 7A marşrutu üzrə hərəkət edən avtobusda sərnişinlərlə sürücü arasında narazılıq yaşanıb. Day.Az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində baş verib. Məlumata görə, sərnişinlərin avtobusa arxa qapıdan minməsi sürücünün narazılığına səbəb olub.

Sürücü sərnişinlərə küsüb avtobusu sürmədi - VİDEO

Azərbaycanca, 2 сентября 2026 11:16 (UTC +04:00) 229
Sürücü sərnişinlərə küsüb avtobusu sürmədi

Bakıda 7A marşrutu üzrə hərəkət edən avtobusda sərnişinlərlə sürücü arasında narazılıq yaşanıb.

Day.Az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində baş verib.

Məlumata görə, sərnişinlərin avtobusa arxa qapıdan minməsi sürücünün narazılığına səbəb olub. O, etiraz edərək avtobusu idarə etməkdən imtina edib.

Sürücü "Sürmürəm!" deyərək nəqliyyat vasitəsini saxlayıb.

Sərnişinlər avtobusdan düşdükdən sonra nəqliyyat vasitəsi yenidən hərəkətə başlayıb.

Hadisənin görüntüləri təqdim olunan videoda əks olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости