15 sentyabrda tıxacın aradan qaldırılması üçün bu işlər görülüb - VİDEO
Bakının tıxac problemi 15 sentyabrdan etibarən məktəb və universitetlərin açılması, həmçinin metroda aparılan təmir işləri səbəbindən daha da ağırlaşa bilər.
Day.Az xəbər verir ki, şəhərdə avtomobillərin çoxluğu, köhnə yol infrastrukturu və ictimai nəqliyyatdakı problemlər əsas səbəblər kimi göstərilir. Sürücülər və sərnişinlər uzunmüddətli tıxaclardan narazıdır.
Ekspertlər problemin həllinin yalnız yolları genişləndirməkdən keçmədiyini bildirirlər. Onların fikrincə, yollar genişləndirildikcə avtomobillərin sayı da artır. Əsas çıxış yolları şəhərin mərkəzindəki yükün azaldılması, inzibati və təhsil müəssisələrinin kənar ərazilərə köçürülməsi, bölgələrdə iş yerlərinin artırılması və şəhərin daha düzgün planlaşdırılmasıdır.
Aidiyyəti qurumlar isə yeni tədris ili ilə əlaqədar tədbirlər görür. Sentyabrın 15-dən xəttə 2600 avtobusun buraxılması, yeni və ekspres xətlərin təşkili, mövcud marşrutların optimallaşdırılması və avtobus zolaqlarının artırılması nəzərdə tutulur. Bununla belə, bu tədbirlərin tıxac problemini nə dərəcədə azaldacağı hələlik bəlli deyil.
Ətraflı "İctimai TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре