https://news.day.az/azerinews/1861912.html Metroda sərnişin axını artarsa, qatarların intervalı azaldıla bilər Bakı metrosunda sərnişin axını artarsa, qatarların intervalı azaldıla bilər. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Metroda sərnişin axını artarsa, qatarların intervalı azaldıla bilər

Azərbaycanca, 23 сентября 2026 10:06 (UTC +04:00) 145
Metroda sərnişin axını artarsa, qatarların intervalı azaldıla bilər

Bakı metrosunda sərnişin axını artarsa, qatarların intervalı azaldıla bilər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sərnişin sayının mümkün artımı əvvəlcədən nəzərə alınıb və metropoliten əlavə sərnişin axınını qarşılamağa hazırdır. Bu baxımdan yüklənmə təhlükəsi gözlənilmir.

B.Məmmədov qeyd edib ki, hazırda "Avtovağzal"-"8 Noyabr" istiqamətində qatarlar 5 dəqiqə, "Xocəsən"-"Avtovağzal" istiqamətində isə 10 dəqiqə intervalla hərəkət edir. Ehtiyac yaranarsa, texniki imkanlardan istifadə olunaraq intervallar azaldıla bilər.

Yaşıl xəttdə isə qatarlararası interval hazırda 3 dəqiqə 30 saniyə təşkil edir. Sərnişin axını artdığı halda bu müddətin 3 dəqiqəyə endirilməsi mümkündür.

Qurum rəsmisi əlavə edib ki, Bənövşəyi xəttdə hazırda beşvaqonlu qatarlar istismar olunur. Xətt yedd vaqonlu qatarların hərəkəti üçün də nəzərdə tutulduğundan, artan sərnişin tələbatına uyğun çevik qərarlar qəbul etmək imkanı mövcuddur.

Qeyd edək ki, bu gündən metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsizdir.

Sərnişinlər "Xocəsən" və "Avtovağzal" stansiyalarından daxil olaraq "8 Noyabr", "Dərnəgül", "Azadlıq prospekti", "Nəsimi", "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar", "Elmlər Akademiyası" və "Nizami" stansiyalarına qədər ödənişsiz hərəkət edə bilirlər.

Sərnişinlərin "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib.

Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500, 503 və 508 nömrəli, Xırdalan şəhərindən 119 və 135 nömrəli, Masazır kəndindən 142, 525A və 525B nömrəli, Müşfiqabad qəsəbəsindən 114A və 114B nömrəli, Hökməli qəsəbəsindən 156 və 156A nömrəli, Sulutəpə qəsəbəsindən 158 nömrəli, Çiçək qəsəbəsindən 159 nömrəli, Binəqədi qəsəbəsindən 170 nömrəli və Biləcəri qəsəbəsindən gələn 83A nömrəli marşrut avtobusları burada aralıq dayanacağı olaraq saxlayırlar.

Bundan başqa avtobusların yenidən Bakı-Sumqayıt yoluna rahat va maneəsiz çıxa bilməsi üçün ərazidə xüsusi hərəkət zolağı təşkil edilib.

Eyni zamanda Lökbatan qəsəbəsindən gələn 130 nömrəli və Xocəsən qəsəbəsindən gələn 102 nömrəli marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi metronun "Xocəsən" stansiyası təyin edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости