Formula 1 ilə əlaqədar Bakı metrosunun üç stansiyasının iş saatı uzadılacaq
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Bakı metrosunun üç stansiyasının iş saatı uzadılacaq.
Day.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, sentyabrın 24-dən 26-dək "İçərişəhər", "Sahil" və "28 May" stansiyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, həmin stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Sentyabrın 24-dən 25-nə və 25-dən 26-na keçən gecələr bu üç stansiya saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.
Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək. Qırmızı xəttin digər stansiyaları isə saat 00:00-da bağlanacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре