https://news.day.az/azerinews/1862316.html Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı Bakı Şəhər Halqasında Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüş sessiyası start götürüb. Day.Az Trend-ə istinadən xəbər verir ki, ikinci sərbəst yürüş saat 16:00-da başlayıb və 17:00-dək davam edəcək.

Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı

Azərbaycanca, 24 сентября 2026 16:17 (UTC +04:00) 144
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı

Bakı Şəhər Halqasında Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüş sessiyası start götürüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, ikinci sərbəst yürüş saat 16:00-da başlayıb və 17:00-dək davam edəcək.

Sessiya çərçivəsində pilotlar trasın xüsusiyyətlərini daha yaxından öyrənəcək, bolidlərin sazlanmasını yoxlayacaq və yarışın qalan hissəsi üçün hazırlıq aparacaqlar.

Xatırladaq ki, bu gün baş tutan ilk sərbəst yürüşdə "Mercedes" komandasının pilotu Corc Rassel finişə birinci, "Red Bull Racing" pilotu Maks Ferstappen ikinci, "Ferrari" pilotu Şarl Lekler isə üçüncü çatıb.

Azərbaycan Qran-Prisinin əsas yarışı isə sentyabrın 26-da keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости