https://news.day.az/azerinews/1867075.html Azərbaycan və BƏƏ hərbçilərinin birgə taktiki-uçuş təlimi davam edir - FOTO - VİDEO Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin birgə taktiki-uçuş təlimi davam edir. Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, ölkəmizdə keçirilən "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təlimi uğurla davam edir:

Azərbaycan və BƏƏ hərbçilərinin birgə taktiki-uçuş təlimi davam edir - FOTO - VİDEO

Azərbaycanca, 14 октября 2026 18:52 (UTC +04:00) 240
Azərbaycan və BƏƏ hərbçilərinin birgə taktiki-uçuş təlimi davam edir

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin birgə taktiki-uçuş təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, ölkəmizdə keçirilən "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təlimi uğurla davam edir:

"Plana uyğun olaraq əvvəlcə hərbi qulluqçulara brifinq təqdim edilib, qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilmə ardıcıllığı və uçuşların təşkili qaydaları dəqiqləşdirilib. Sonra iştirakçılar arasında koordinasiyanın təmin edilməsi, eləcə də nəzərdə tutulan fəaliyyətlərin plan üzrə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Təlimin növbəti mərhələsində təyyarə və helikopterlərin uçuşları həyata keçirilib. Uçuşlar zamanı aviasiya vasitələrinin tətbiqi və müəyyən edilmiş əməliyyatların yerinə yetirilməsi üzrə fəaliyyətlər məşq etdirilib".

"Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin qatıldığı təlimin əsas məqsədi şəxsi heyətin peşəkar hazırlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsini genişləndirilməsi və birgə fəaliyyət imkanlarının təkmilləşdirilməsidir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təlimi oktyabrın 20-dək davam edəcək.

  • Azərbaycan və BƏƏ hərbçilərinin birgə taktiki-uçuş təlimi davam edir

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости