https://news.day.az/azerinews/1872799.html Kardioloq sağlamlığı qorumağın sadə üsulunu açıqladı Braziliyalı kardioloq Fabio de Serkeyra Lario sağlamlığı qorumaq üçün insanlara daha çox gülməyi tövsiyə edib. Day.Az xəbər verir ki, həkimin sözlərinə görə, gülüş stress zamanı qanda kortizolun səviyyəsini azaldır, əhval-ruhiyyəni yaxşılaşdıran maddələrin ifrazını artırır.

Kardioloq sağlamlığı qorumağın sadə üsulunu açıqladı

Azərbaycanca, 8 ноября 2026 02:15 (UTC +04:00) 206
Kardioloq sağlamlığı qorumağın sadə üsulunu açıqladı

Braziliyalı kardioloq Fabio de Serkeyra Lario sağlamlığı qorumaq üçün insanlara daha çox gülməyi tövsiyə edib.

Day.Az xəbər verir ki, həkimin sözlərinə görə, gülüş stress zamanı qanda kortizolun səviyyəsini azaldır, əhval-ruhiyyəni yaxşılaşdıran maddələrin ifrazını artırır.

Mütəxəssis bildirib ki, gülmək orqanizmdə xroniki iltihabın azalmasına, immun və vegetativ sinir sistemlərinin fəaliyyətinin yaxşılaşmasına kömək edə bilər. Bəzi araşdırmalar da tez-tez gülməklə ürək-damar xəstəlikləri riskinin aşağı olması arasında əlaqə olduğunu göstərir.

Kardioloqun fikrincə, gülüş və yaxşı əhval-ruhiyyə bir-birinə qarşılıqlı təsir göstərir. Bu səbəbdən gündəlik həyatda pozitiv olmaq, xoş anlara vaxt ayırmaq və daha çox gülmək ümumi sağlamlığın qorunmasına müsbət töhfə verə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости