https://news.day.az/azerinews/1872934.html Günəşdə partlayış oldu Günəşdə ikinci M sinifli partlayış qeydə alınıb. Noyabrın 7-də Bakı vaxtı ilə saat 21:17-də 4566 nömrəli Günəş ləkələri qrupunda (S07E10) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.4 sinifli alovlanma baş verib. Bundan əvvəl, şənbə günü M1.2 sinifli Günəş partlayışı da qeydə alınıb.

Günəşdə partlayış oldu

Azərbaycanca, 8 ноября 2026 09:11 (UTC +04:00) 172
Günəşdə partlayış oldu

Günəşdə ikinci M sinifli partlayış qeydə alınıb.

Noyabrın 7-də Bakı vaxtı ilə saat 21:17-də 4566 nömrəli Günəş ləkələri qrupunda (S07E10) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.4 sinifli alovlanma baş verib.

Bundan əvvəl, şənbə günü M1.2 sinifli Günəş partlayışı da qeydə alınıb.

 

Beləliklə, iki gündən az müddətdə Günəşdə baş verən alovlanmaların sayı 35-ə çatıb.

Qeyd edək ki, Günəş alovlanmaları yaydıqları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X.

Ən aşağı sinif olan A0.0 Yer orbitində hər kvadratmetrə 10 nanovat gücündə şüalanmaya uyğundur. Hər növbəti sinfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости