https://news.day.az/azerinews/1872936.html Polşada iki günlük ümummilli matəm elan edilib Polşada Krakov şəhərinin mərkəzi meydanında baş verən atışma ilə əlaqədar noyabrın 8-i və 9-u ümummilli matəm günləri elan edilib. Bu barədə Polşa Prezident Administrasiyası "X" sosial şəbəkəsində məlumat yayıb.

Polşada iki günlük ümummilli matəm elan edilib

Azərbaycanca, 8 ноября 2026 09:32 (UTC +04:00) 130
Polşada iki günlük ümummilli matəm elan edilib

Polşada Krakov şəhərinin mərkəzi meydanında baş verən atışma ilə əlaqədar noyabrın 8-i və 9-u ümummilli matəm günləri elan edilib.

Bu barədə Polşa Prezident Administrasiyası "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Krakovda Baş nazir Donald Tuskun rəhbərliyi ilə nazirlərin və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə təcili müşavirə keçiriləcək.

 

Görüşün yerli vaxtla saat 21:45-də (Bakı vaxtı ilə noyabrın 8-də saat 00:45-də) başlanması planlaşdırılır.

Qeyd edək ki, Krakovun Əsas Bazar Meydanında atışma yerli vaxtla saat 15:00 radələrində baş verib. Polşa vətəndaşı avtomobildən yoldan keçənlərə atəş açıb. Polis şübhəlini saxlayıb, daha sonra o, xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 6 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Yaralılardan 12-si ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости