8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur - Şahbaz Şərif
Zəfər Gününün altıncı ildönümü münasibətilə əziz qardaşım, Prezident İlham Əliyevi və Azərbaycanın cəsur, qardaş xalqını səmimiyyətlə təbrik edirəm.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O qeyd edib ki, 8 Noyabr, təxminən otuz ildən sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur.
"Bu zəfəri mümkün edən şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq. Pakistan o zaman da Azərbaycanın yanında olmaqdan qürur duyurdu, bu gün də, həmişə də Azərbaycanın yanındayıq.
Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz dostluq tellərini əyani şəkildə nümayiş etdirib.
Qoy Azərbaycan daha da güclənsin və inkişaf etsin, Cənubi Qafqaz isə davamlı sülhə və ortaq rifaha doğru irəliləsin!", - deyə paylaşımda vurğulanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре