https://news.day.az/azerinews/1873003.html Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.

Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib

Azərbaycanca, 8 ноября 2026 12:40 (UTC +04:00) 353
Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib

Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında tam üstünlüyü təmin edib və Şuşanın azad olunması müharibənin həlledici mərhələsi olub.

"Döyüş meydanında Azərbaycan tam üstünlüyü təmin edərək 8 noyabr günündə, Zəfər bayramı qeyd etdiyimiz gündə Şuşanın azad olunması faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra, noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmışdır", - Prezident İlham Əliyev bildirib.

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin müharibədən əvvəlki bəyanatlarını da xatırladıb. O qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyir, "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı ilə ölkəmizin ləyaqətini alçaltmağa çalışırdı.

"Biz isə buna döyüş meydanında cavab verdik. Və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü", - dövlət başçısı vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости