D3 vitaminini qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
Siçanlar üzərində aparılan yeni araşdırma D3 vitamininin qəbul vaxtının onun orqanizmə təsirinə təsir göstərə biləcəyini üzə çıxarıb.
Day.Az xəbər verir ki, tədqiqatın nəticələri Food & Function jurnalında dərc olunub.
Alimlər dörd həftə ərzində xroniki stresə məruz qalan siçanlara D3 vitaminini səhər və axşam verərək nəticələri müqayisə ediblər. Axşam vitamin qəbul edən heyvanlarda narahatlıq və depressiyaya bənzər davranışlar daha çox azalıb, yaddaş, yuxu müddəti və serotonin istehsalında da müsbət dəyişikliklər müşahidə olunub.
Tədqiqatçılar bu təsirin D3 vitamininin orqanizmin bioloji saatına təsiri ilə əlaqəli ola biləcəyini bildirirlər. Bununla belə, araşdırma yalnız siçanlar üzərində aparıldığından, nəticələrin insanlara da eyni şəkildə aid olduğunu təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре