https://news.day.az/azerinews/1873722.html Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan "Qlobal Sıfır Tullantı Alyansı - Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Azərbaycanca, 11 ноября 2026 20:29 (UTC +04:00) 242
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan "Qlobal Sıfır Tullantı Alyansı - Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı"nda iştirak edib.

AZƏRTAC xəbər verir ki, toplantıda iqlim böhranına qarşı mübarizədə konkret fəaliyyət mexanizmləri, sıfır tullantı siyasətinin təşviqi, tullantıların idarə olunmasında beynəlxalq təcrübə mübadiləsi, ölkələr arasında birgə ekoloji layihələrin hazırlanması və yerli təşəbbüslərin qlobal səviyyədə genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Tədbirdə çıxış edən Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Qlobal Sıfır Tullantı Alyansı vasitəsilə ölkələrin uğurlu təcrübələrini bölüşdüyü, birgə layihələr hazırladığı və yerli həll yollarını qlobal miqyasda yaymaq üçün güclü əməkdaşlıq platforması yaratmağı hədəflədiklərini bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости