https://news.day.az/azerinews/1874615.html Tokayev Təhlükəsizlik Komitəsinin rəhbərini vəzifədən azad edib Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Saqimbayev vəzifəsindən azad edilib. Day.Az xəbər verir ki, Qazaxıstanın "Novosti Zakon" portalının məlumatına görə, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Bu vəzifəyə Marat İrmenov təyin olunub.

Tokayev Təhlükəsizlik Komitəsinin rəhbərini vəzifədən azad edib

Azərbaycanca, 16 ноября 2026 11:12 (UTC +04:00) 305
Tokayev Təhlükəsizlik Komitəsinin rəhbərini vəzifədən azad edib

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Saqimbayev vəzifəsindən azad edilib.

Day.Az xəbər verir ki, Qazaxıstanın "Novosti Zakon" portalının məlumatına görə, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Bu vəzifəyə Marat İrmenov təyin olunub.

Yermek Saqimbayev 1967-ci il oktyabrın 11-də anadan olub. O, 1994-2006-cı illərdə Qazaxıstanın milli təhlükəsizlik orqanlarında, 2006-2019-cu illərdə isə Prezidentin Mühafizə Xidmətində müxtəlif vəzifələrdə çalışıb.2021-2022-ci illərdə Dövlət Mühafizə Xidmətinə rəhbərlik edən Saqimbayev 2022-ci ilin yanvarında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri təyin olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости